Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 16:01:00
IV ixtisas qrupu üzrə plan yerlərinin sayı artıb-Məleykə Abbaszadə

“IV ixtisas qrupu üzrə plan yerləri 4110 yer olub ki, bu da ötən illə müqayisədə 390 yer artıb”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O, qeyd edi ki,  IV ixtisas qrupu üzrə bir sıra yeni ixtisaslar yaradılıb.

 

“Yeni ixtisas olan biotexnologiya  çox müasir standartlara cavab verir.Ona 30 yer ayrılıb. Digər ixtisas olan fizoterapiya və rabilitasiya ixtisası da bu il IV qrupa əlavə edilib. Tibb bacısı işi bu il ilk dəfə Tibb Universitetinə ixtisas olaraq əlavə edilib. Hər bir xəstəxanada həkimlərin tibb bacılarına ehtiyacı var.Bu ixtisasa 40 yer verilib. İctimai səhiyyə yeni bir ixtisasdır ki,  ona da 85 yer ayrılıb.

 

Stomotologiya ixtisasına 100 yer verilib. Müalicə işi ixtisasının adı dəyişilib Tibb olub.Ona da 100 yer ayrılıb.Müalicə işində tibbi profilaftika ixtisası isə  artıq yoxdur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları