Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 14:28:00
DİM Rezidenturaya qəbulun II mərhələsinə hazırlaşanlara müraciət edib

DİM otk.az portalına rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə yeni variant onlayn sınaq imtahanı əlavə edib. 

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər imtahana buradan yazıla bilərlər. 

 

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. 

 

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz. 

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz. 

 

Video təlimat