Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 13:12:00
4 olimpiada medalının sahibi olan Hüseyn: “Uğurlarımla heç zaman öyünməmişəm”  

 

“Olimpidalarda  yaxşı nəticə əldə etmək istəyən şagirdlər universitet proqramı səviyyəsində hazırlaşmalıdırlar”.

 

Bu fikirlər Respublika Fənn Olimpiadasında kimya üzrə qızıl medal sahibi Hüseyn Babayevə məxsusdur.

 

“Olimpiadalara hazırlaşmağa vərdiş etmişəm”

 

“Olimpiadaya hazırlıq üçün xüsusi proqram olmadığına görə, evdə əlavə dərs vəsaitləri ilə(xarici və türk ədəbiyyatları ilə) hazırlaşdım.  

RFO-da artıq 4-cü dəfədir ki, uğurlu nəticə əldə edirəm və  hazırlıq prosesinə də demək olar, vərdiş etmişəm.

Ümumi olaraq 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışam. Yalnız  bir müddət Bakıdakı Olimpiadalara Hazırlıq Mərkəzində hazırlıq keçdim; orada beynəlxalq olimpiadalara hazırlaşa bildim. Bu nəticəmdə valideyn və müəllimlərimin rolu əvəzsizdir. Mənəvi dəstək üçün hər birinə təşəkkür edirəm”.

 

Hüseyn Babayev olimpiadaya hazırlaşan şagirdlərə dərs vəsitləri ilə deyil, universitet səviyyəsində hazırlaşmağı tövsiyə edir:

 

“Heç vaxt uğurlu nəticələrimlə öyünməmişəm. Hər zaman fikirləşirəm ki, uğur qazanmaq üçün çox çalışmaq lazımdır.

 

Olimpidaya hazırlaşan və yaxşı nəticə əldə etmək istəyən şagirdlər məktəb  çərçivəsində deyil, universitet proqramı səviyyəsində hazırlaşmalıdırlar. Təkcə dərs vəsaitlərindən hazırlaşmaq uğurlu nəticəyə aparmır”.

 

 Hüseyn növbətini və əsas hədəfini də AzEdu.az-a açıqladı:

 

“11-ci sinif şagirdiyəm və növbəti əsas hədəfim qəbul imtahanında maksimum bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olum. Həmçinin Respublika Fənn Olimpiadasında “Birincilərin birincisi” nominasiyasına layiq görülmək üçün çalışıram”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları