Avropa İttifaqının “Horizon 2020” üzrə COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramına müraciətlər üçün təqdimat tarixi dünyada koronavirus (COVID-19) pandemiyası nəzərə alınaraq oktyabrın 29-dək uzadılıb.
AMEA-dan AzEdu.az-a verilən məlumata görə, məqsəd tədqiqatçılara pandemiya səbəbindən baş verən qlobal çağırışlara cavab verə biləcək layihə təkliflərinin hazırlanması və təqdim edilməsi üçün imkan yaradılmasıdır.