Azedu.az

Azərbaycan Texniki Universitetində onlayn yay məktəbi davam edir

Ali təhsil

11 Avqust 2020, 17:53
Azərbaycan Texniki Universitetində onlayn yay məktəbi davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.

AzTU-dan AzEdu.az-a bildirilib ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil olunur. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində - avqustun 31-dən sentyabrın 4-dək keçiriləcək.

Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.

 

 

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox