Azərbaycan Texniki Universitetində (AzTU) iyulun 27-dən başlayan onlayn yay semestri davam edir.
AzEdu.az xəbər verir ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, yəni 31 avqust- 4 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.