Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-30 16:22:00
Yeni Təhsil nazirindən valideyn və müəllimlər üçün faydalı tövsiyələr - VİDEO
 
 
Yeni təyin olunan Təhsil naziri Emin Əmrullayev bir  neçə ay öncə Təhsil İnstitutunun direktoru  kimi çalışarkən İTV-də Elçin Şıxlının təqdimatında “Pressinq” verilişinin qonağı olub. 
 
 
 
AzEdu.az  xəbər verir ki, həmin proqramda koronavirusa qarşı görülən tədbirlər çərçivəsində təhsil prosesinin təxirə salınması müzakirə olunub. Verilişdə “Yaranmış vəziyyət təhsil sistemində hansı problemləri üzə çıxardı?”, “Dərslərin təxirə salınması hansı mənfi nəticələrə səbəb ola bilər?” və s. kimi suallara cavab axtarılıb.
 
 
 
Aparıcının və qonaq jurnalistlərin – CapitalNews.az saytının rəhbəri Ülviyyə İsmayılova, BakuPost.az və Medicina.az saytlarının rəhbəri Elçin Zahiroğlu, AzEdu.az saytının baş redaktoru Elmin Nuri, Ayna.az saytının əməkdaşı Rumiyyə Miraslanın suallarını o zamankı direktor, indiki Təhsil naziri   Emin Əmrullayev cavablandırıb.
 
 
Verilişin tam versiyasını təqdim edirik: