Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-26 11:36:00
Azərbaycanlı alimlərin adları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib

ABŞ və Hollandiya mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Adıgedən siyahıya dörd azərbaycanlı alimin adı daxil edilib.

 

AzEdu.az  xəbər verir ki, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadaki elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Qiymətləndirmənin nəticəsi olaraq bütün dünya üzrə 22 kafedra və 176 ixtisasda ən nüfuzlu elm adamlarının adları “Plos biology” jurnalında nəşr olunub.

 

Bu siyahıda azərbaycanlı professorlar, Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, "Orta Doğu Teknik Universiteti"nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, "Yıldız Teknik Universiteti"nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərov və "Çanaqqala Onsekiz Mart Universiteti"nin müəllimi İsrafil Hüseynovun adları yer alır.

 

Qeyd edək ki, professor İsrafil Hüseynov vəfat edib.