Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu online olaraq aparılacaq.
AzEdu.az xəbər verir ki, təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
Qəbul aşağıdakı ixtisaslar üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır:
Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qanunverciliyinə uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.
Sənədlər aşağıdakı tarixlərdə online şəkildə qəbul edilir:
Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:
Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:
Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu Vahid Dövlət İmtahanı (ЕГЭ) və filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyul–26 oktyabr 2020-ci il tarixlərində aparılacaq.
Müraciət üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq online təqdim edilir:
Qəbul üçün xüsusi ərizə;
Attestatın rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
Şəxsiyyəti təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
Sağlamlıq haqqında arayış (rus dilində tərcümə edilmiş)
Foto (3×4 ölçüdə, 5 ədəd)
Qəbul barədə ətraflı məlumatı UNEC-in rəsmi saytından və UNEC Dərbənd filialından rəsmi saytından əldə etmək mümkündür.
Əlavə məlumat üçun əlaqədərici şəxs: dos. Mahir Mehdiyev
Telefon: 00 99450-318-40-32
Email: [email protected]