Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 10:42:00
MİQ-dəki bu yenilik namizədlər üçün əlavə şans yaradacaq -EKSPERT

 

 

“MİQ-də  daimi işləyən müəllimlərin iştirakının məhdudlaşdırılması digər namizədlər üçün şans yaradır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında kurikulum təlimçisi Mahir Əhədov deyib.

 

 

O, MİQ-də edilən dəyişiklərlə bağlı fikirlərini bölüşüb:

 

 

“MİQ müsabiqəsilə bağlı edilən son dəyişiklər pandemiya ilə bağlıdır. Məlum olduğu kimi, bu il ilk dəfə olaraq imtahanlar Bakı ilə yanaşı, ölkənin bir sıra şəhər və rayonlarında keçiriləcək, məncə bu müsbət haldır, çünki indiki şəraitdə böyük bir insan kütləsinin Bakıya gəlməsi və sonradan qayıtmaları mövcud vəziyyəti gərginləşdirə bilər. Digər tərəfdən, rayondan Bakıya gələrkən insanların müəyyən vəsait sərf etməsinin də qarşısını alınacaq.

 

 

İkinci əsas yenilik ilk olaraq MİQ imtahanında daimi işləyən müəllimlərin iştirakının məhdudlaşdırılmasıdı. Bu məsələyə iki tərəfdən baxmaq lazımdı: bu dəyişiklik ilk dəfə imtahan verəcək və əvvəlki illərdə işə qəbul ola bilməyən namizədlər üçün əlavə şansın yaranmasıdır, yəni illərdi işləyən müəllimlərlə eyni müsabiqədə rəqabətdə  olmayacaqlar.

 

 

Məsələnin digər tərəfi isə daimi işləyən, amma sosial və məişət çətinlikləri olan müəllimlərin problemlərinin həllini uzanmasıdır. Belə ki, yaşadığı yerdən və ailəsindən çox uzaq məktəblərdə işləmək, yol, qaldığı yerlərdəki məişət problemləri həmin müəllimlərin işinin keyfiyyətinə mənfi təsir edir. Onların da əsas ümidləri MİQ müsabiqəsində iştirak idi”.

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı bu gündən başlayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları