Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 14:11:00
Məktəbəqədər təhsil müəssisələrinə ilk bu uşaqlar qəbul edilir-RƏSMİ

 

 Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili - Azərbaycan dilidir. Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

 

 AzEdu.az rəsmi sənədə əsasən xəbər verir ki, məktəbəqədər təhsilin məzmunu dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış təhsil proqramı (kurikulum) əsasında müəyyənləşdirilir.

 

 Təhsil proqramı (kurikulum) uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətini uşaqların inkişafının dövlət təhsil standartı ilə müəyyən edilmiş prioritet istiqamətləri əsasında aparır.

 Məktəbəqədər təhsil müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrə və ailənin tələbatına uyğun olaraq məktəbəqədər təhsilin dövlət standartına əsasən əlavə təhsil xidmətləri (pullu, pulsuz) həyata keçirir.

 Məktəbəqədər təhsil müəssisəsi dövlət məktəbəqədər təhsil standartının tələblərinə uyğun olaraq məşğələnin növü, həftə ərzində sayı, müddəti nəzərə alınmaqla, uşaqların məşğələ vaxtı yükləndirilməsinin həcmini müəyyən edir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları