Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-14 16:27:00
Müəllimlərin müsabiqə nəticələri açıqlandı 

Dövlət ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilmiş onlayn müsahibənin nəticələri açıqlanıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müsahibədə 44 nəfər uğur qazanıb. Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

 

Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apelyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.