Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 14:58:00
Tramp AÇILMAYAN məktəbləri təhdid etdi- “Yardım fondları kəsiləcək”

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti D.Tramp orta məktəblərdə payız aylarında ənənəvi dərslər başlamazsa, onlara ayrılan federal fondların kəsiləcəyini bildirdi. Bu açıqlama koronavirus səbəbiylə çətin günlərdən keçən məktəb rəhbərlərində narahatlığa səbəb oldu. CNN-də verilən xəbərə görə,  Tramp bu yardımı kəsə bilməz, lakin yeni pandemik yardımların qarşısını ala bilər. Bunun nəticəsində maliyyə baxımından məktəblər çətin vəziyyətə düşə bilər.

 

ABŞ-da mart-may aylarında koronavirus pandemiyasından məktəblərin qapadılması 737 mindən artıq təhsil işçisinin işsiz qalmasına səbəb oldu. İyun ayında isə bütün ştatlar üzrə 70 mindən artıq təhsil işçisi işlə təmin olundu.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları