Azərbaycan Memarlıq və İnşaat Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsi davam edir.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 195 magistrantın dissertasiya işinin müdafiəsi nəzərdə tutulub. Hazırda magistr dissertasiyalarının müdafiəsinin 80 faizi yekunlaşıb. İyunun 27-dən start götürən dissertasiya müdafiələri ölkədə koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilir.