Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün iyulun 13-də “COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçiriləcək.
BDU-dan AzEdu.az-a verilən məlumata görə, İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekharinin məruzəçi olduğu onlayn seminar “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək. Seminarda iştirak üçün [email protected] ünvanına iyulun 12-si saat 17:00-dək müraciət etmək olar.