Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 13:12:00
Valideynləri işləyən uşaqlar üçün növbətçi bağçalar yaradılmalıdır -TƏKLİF

“Əlaqədar icra qrumları tərəfindən məsləhət bilinərsə, xüsusi növbətçi uşaq bağçaları yaradıla bilər”.


Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova deyib.


O, bağçaların bu il fəaliyyətə başlamaq ehtimalından söz açıb.


“Əgər valideynlər karantinə görə isləmirlərsə, o zaman uşaqlar evdə qalmalıdır. Lakin, işləyən valideynlər də var. Bu zaman uşağın kiminlə qalması problemi yaranır. Xarici ölkələrdə kütləvi olmasa da, ərazi üzrə müvafiq icra qrumlarının seçimi və icazəsi ilə bağçalar təşkil edilir. Buraya isə yalnız işləyən valideynlərin uşaqları qəbul edilir.


Bu tip bağçalarda uşaqlar və orada işləyənlərin həmin müəssisədə qalmaları və hər həftə yoxlamadan keçmələri vacibdir. Bura daima nəzarətdə saxlanılır. Bu isə çətin dövr üçün vəziyyətdən çıxmağa kömək edir”.


Laləzar Cəfərova bağçaların pandemiya şəraitində necə işləyəcəyi haqqında fikirlərini bildirib.


“Məktəbəqədər təhsil müəssisələri tədrisin ilkin pilləsidi. Hazırda respublika üzrə bütün təhsil müəssisələrinin fəaliyyətinə icazə verilmir. İstisna hal kimi götürülərsə və əlaqədar icra qrumları tərəfindən məsləhət bilinərsə, xüsusi növbətçi uşaq bağçaları yaradıla bilər. Çünki elə ailələr olur ki, orada iki valideyndə işləyir və uşaqlara baxmaq üçün heç kim olmur. Belə ailələrin uşaqları üçün müasir tələblər səviyyəsində qurulan və xüsusi yoxlamadan keçən bağçalar yaradılmalıdır. Burada işləyən tərbiyəçi müəllim, aşpaz və nəzarətçilər heç kimlə ünsiyyətdə olmadan və evlərinə getmədən burada qalmalıdır. Uşaqlar isə heç bir yerə getmədən həmin müəssisədə olmalıdır. Bu mənim subyektiv fikrimdi. Lakin hazırda gündəlik yoluxma 500 olduğu üçün bu haqda düşünə bilmərik”.


Qeyd edək ki, bağçalarda tədris prosesi 3 martdan etibarən dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları