Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı “Biz birlikdə güclüyük!” adlı rəsm müsabiqəsi elan edir. “Pandemiya şəraitində biz” başlığı altında keçiriləcək müsabiqəyə işlərin qəbulu 7-22 iyul tarixləri arasında aparılacaq.
İlk 3 yerin qalibi Azərbaycanın xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər Sakit Məmmədovun və AzMİU TGT-nin sədri Ülkər Həsənovanın imzası olan “Diplom”la təltif olunacaqlar.
Qaliblərin adları və diplomların təqdimatı 25 iyul tarixində rəssam Nizar Məmmədovla görüş zamanı açıqlanacaq.