İyulun 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya sənəd qəbulu başlanıb.
UNEC-dən AzEdu.az-a bildirilib ki, sənəd qəbulu onlayn aparılacaq. Magistraturaya qəbul olan bakalavrlar müvafiq sənədləri təqdim etməlidirlər. Sənədlərin qəbulu iyulun 15-dək davam edəcək. Güzəştlər yalnız ilk dəfə magistrant olanlara aid olunacaq.