https://www.zirve.edu.az/
03.07.2020 12:47
Lənkəranın beş məktəblisi Respublika Fənn Olimpiadasında bürünc medal qazanıb
Çap et

Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Respublika Fənn Olimpiadasında uğurlu nəticələr qazanıblar.

 

AzEdu.az xəbər verir ki, Respublika Fənn Olimpiadasının rayon turunda iştirak edən 998 nəfər lənkəranlı şagirddən 99 nəfəri zona turunun qalibi olub. Onlardan 11 nəfər isə respublika turunda iştirak etmək hüququ qazanıb.

 

Olimpiadanın respublika turunda iştirak edən lənkəranlı şagirdlərdən 5 nəfəri - Bəlləbur kənd tam orta məktəbinin IX sinif şagirdi Hüseyn Səfərov və Çay fabriki qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Röya Bağırova Azərbaycan dili, Xanbulan kənd tam orta məktəbinin XI sinif şagirdi Şahmar Rzayev riyaziyyat, Lənkəran şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Həsən Abbaslı və şəhər 10 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Adil Cəfərli kimya fənlərindən üçüncü yeri tutaraq bürünc medala sahib olublar.