Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 09:26:00
Xaçmazda məktəbin dam örtüyü yandı

Xaçmaz rayonunda yanğın olub.

 

AzEdu.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 m² sahədə və bir otağının yanar konstruksiyaları 47 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.