Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 11:10:00
Bu şagirdlər kolleclərin ixtisas seçiminə buraxılmayacaq-VACİB

Buraxılış imtahanından minimum neçə bal toplanmalıdır ki, şagird kolleclərin ixtisas seçiminə buraxılsın?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 11 illik bazada kolleclərin ixtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi­qəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları