https://www.zirve.edu.az/
01.07.2020 14:39
Buraxılış imtahanında az bal toplayan abituriyentlər qəbul imtahanına buraxılacaq?-RƏSMİ
Çap et

Buraxılış imtahanında az bal toplayan şagirdin qəbul imtahanında iştirak hüququ varmı?

 

AzEdu.az DİM-ə istinadən  xəbər verir ki, Buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

 

 Həmçinin qeyd olunub ki, qəbul imtahanlarının ikinci mərhələsi bütün istiqamətlər üzrə buraxılış imtahanları (əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi) başa çatdıqdan sonra keçiriləcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları