https://www.zirve.edu.az/
29.06.2020 15:27
Bu il BMU-ya magistratura səviyyəsi üzrə qəbul planı 95% dolub
Çap et

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edib.

 

AzEdu.az xəbər verir ki, nəticələrə əsasən, Bakı Mühəndislik Universiteti (BMU) üzrə yüksək göstəricilər qeydə alınıb. Belə ki, universitetə magistratura səviyyəsi üzrə qəbul planı 95 faizdən artıq dolub.

 

Bu il BMU-nun magistratura səviyyəsi üzrə 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılmışdı ki, onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer isə ingilis bölməsinin payına düşürdü. MBA proqramında isə 6 ixtisaslaşma üzrə 275 yer ayrılmışdı ki, onlardan 210 yer Azərbaycan, 65 yer ingilis bölməsi üçün nəzərdə tutulmuşdu.

Məlumat üçün bildiririk ki, 6-15 iyul tarixlərində BMU-nun magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi nəzərdə tutulur. Bu istiqamətdə koronavirus pandemiyasına qarşı bütün təhlükəsizlik tələbləri gözlənilməklə hazırlıq işləri aparılır və bununla bağlı əlavə məlumat veriləcək.