Münaqişə komissiyasının 25.06.2020-ci il tarixili iclasında 10 müraciətə baxılıb.
AzTU-da AzEdu.az-a verilən məlumata görə, 1 müraciətdə tələbənin imtahan qiyməti artırılıb. 5 müraciətdə tələbələrin imtahan qiymətləri dəyişdirilməyib. 3 müraciətdə tələbələr imtahan nəticəsi ilə razılaşmayıb təkrar imtahan vermək istəklərini bildirdiyindən onlara avqust ayının sonu və ya sentyabr ayının əvvəlində təkrar imtahan vermək şansı yaradılacaq. Qalan 1 müraciətlə bağlı araşdırmaya ehtiyac olduğundan növbəti iclasa saxlanılıb.
Növbəti iclas 29 iyun, saat 14.00-da keçiriləcək.