Azərbaycan Texniki Universitetinin Münaqişə komissiyasının 22.06.2020-ci il tarixili iclasında 11 müraciətə baxılıb.
AzEdu.az xəbər verir ki, 5 müraciətdə tələbələrin yekun qiyməti artırılıb. 4 müraciətdə tələbələrin qiymətləri dəyişdirilməyib. 1 müraciətdə tələbə imtahan nəticəsi ilə razılaşmayıb təkrar imtahan verməkdə israrlı olduğundan ona avqust ayının sonu və ya sentyabr ayının əvvəlində imtahan vermək şansı yaradılacaq. Qalan 1 müraciətlə bağlı araşdırmaya ehtiyac olduğundan növbəti iclasa saxlanılıb.
Universitetdən verilən məlumata görə, növbəti iclas 23 iyun, saat 14.00-da keçiriləcək.