M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında magistraturaya qəbul imtahanı üçün qeydiyyatın vaxtı iyunun 30-u saat 12:00-dək uzadılıb.
AzEdu.az Moskva Dövlət Universitetinin Bakı filialının saytına istinadla xəbər verir ki, magistraturaya ərizə qəbulu elektron formada aparılır. Ərizə formasını Bakı filialının saytında //msu.az və ya Dövlət İmtahan Mərkəzinin saytında //dim.gov.az/ doldurmaq mümkündür.