UNEC-in sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrinə maddi yardımlar edilib və internet problemi olan tələbələrin 5 GB həcmində internet tarif paketi xərci ödənilib.
UNEC-dən AzEdu.az-a verilən məlumata görə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə edilən yardımın məqsədi koronavirus (COVİD-19) pandemiyası dövründə tələbələrin sosial durumunu daha da yaxşılaşdırmaq və imtahanlarını daha rahat şəkildə vermələri üçün şərait yaratmaq olub.