Azedu.az

Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi konfrans keçiriləcək

Ali təhsil

21 İyun 2020, 17:35
Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə iyunun 22-də faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan II dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq virtual elmi konfrans keçiriləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

 

Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 21-i saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

 

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox