Azedu.az

Bakı Dövlət Universitetinin onlayn Apellyasiya Komissiyası fəaliyyətini davam etdirir

Ali təhsil

17 İyun 2020, 17:21
Bakı Dövlət Universitetinin onlayn Apellyasiya Komissiyası fəaliyyətini davam etdirir

Bakı Dövlət Universitetində (BDU) yaz imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir.

 

BDU-dan AzEdu.az-verilən məlumata görə, universitet rektorluğu, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət edirlər. Bu günə qədər onlayn formada keçirilən imtahanlarda iştirak edən tələbələrin hamısı müvəffəq qiymət alıblar. Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin virtual Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciət etmək istəyən tələbələr [email protected] elektron poçt ünvanı və yaxud (+99477) 3046543 nömrəli “Qaynar xətt” vasitəsilə əlaqə saxlaya bilərlər.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox