https://www.zirve.edu.az/
05.06.2020 17:24
“Kurikulum bələdçisi” ni bu yolla daha asan əldə etmək olar – ASAN ÇATDIRILMA
Çap et

Ötən ilin dekabrında çap olunan və müəllimlər üçün hava-su qədər faydalı sayılacaq “Kurikulum bələdçisi”  - izahlar və tətbiqlər” vəsaiti təhsil cameəsində böyük rezonansa səbəb oldu.

 

Yayım və müəlliflik hüququ AzEdu MMC -yə məxsus olan kitabın müəllifləri Azərbaycan təhsil sistemində kifayət qədər nüfuz qazanan və kurikulum metodologiyasının tətbiq və nəzəri yanaşmanın ölkədəki əsas simaları sayılan şəxslərdir.

 

(Təhsil İnstitunun direktor müavini Ənvər Abbasov, institutun elmi mərkəzin direktoru İlham Cavadov, şöbə müdiri Bibixanım İbadova, Sevil Cavadova, Kəmalə Quliyeva və İlhamə  Sultanova)

 

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilən və nəşr edilərək dövlət ümumitəhsil müəssisələrinə paylanılması tövsiyyə edilib.

 

AzEdu.az xəbər verir ki, kitabın ikinci nəşri müəyyən düzəlişlər aparılmaqla və əlavələr edilməklə tezliklə geniş oxucu kütləsinə təqdim ediləcək.

 

AzEdu MMC müəlliflik hüquqi daşıdığı kitabın pirat yolla bundan əvvəl müxtəlif şəxslər tərəfindən qeyri-qanuni şəkildə çap olunaraq yayılan və qaydalara zidd olaraq satılan nüsxələrini tam surətdə etibarsız hesab edir. Bu yöndə hüquqi addımlar atacağını, müəlliflik hüququnu pozanlarla bağlı hüquqi müstəvidə mübarizə aparacağını bildirir.

 

Kitabın ilkin tirajı kütləvi olmamış və satış üçün nəzərdə tutulmayıb. Yalnız təkmilləşən nəşr bir neçə gündən sonra çoxsaylı oxucuların diqqətinə çatdırılacaqdır.

 

Qeyd edək ki, kitabda hər mövzu üzrə motivləşdirici suallar qoyulmuş, həmin sualların cavabını əhatələyən mətn tərtib edilmiş və mətni oxuyan istifadəçinin özünü yoxlaması üçün testlər hazırlanaraq hər mətnin sonunda yerləşdirilib.

 

Çatdırılma işi "Zirvə”  Tədris  Mərkəzi" və AzEdu MMC tərəfindən həyata keçiriləcək.

 

Sifariş üçün 055 329 48 78 və 055 784 12 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

Həmin nömrələrin vatsap hesablarına, eləcə də AzEdu MMC və “Zirvə” Tədris Mərkəzlərinin rəsmi səhifələrinə yazmaqla, kitabın sifarişçisi ola bilərsiniz.  Vəsait yaşayış yerindən asılı olmayaraq, ölkənin istənilən məntəqəsinə poçt və kuryer xidməti tərəfindən çatdırılacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları