Azedu.az

BDU-da virtual elmi konfrans keçiriləcək

Ali təhsil

27 May 2020, 09:33
BDU-da virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə mayın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda virtual elmi konfrans keçiriləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

 

Virtual elmi konfransda iştirak etmək istəyənlər mayın 30-u saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

 

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox