UNEC-in Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov və İmtahan mərkəzinin direktoru Söhrab İsayev UNEC-in rəsmi Facebook səhifəsi üzərindən imtahanlarla bağlı tələbələrin suallarını cavablandıracaqlar.
AzEdu.az xəbər verir ki, canlı yayım 31 may saat 19:00-da təşkil olunacaq. Tələbələr sualları bu gündən etibarən Facebook səhifəsinə yaza bilərlər.