Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 15:28:00
DİM-də 18-22 may tarixlərində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanlarını keçirib.

 

 AzEdu.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzində Pearson 18-22 may tarixlərində VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan aşağıdakı imtahanlar təşkil olunub:

 

  • Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®" sertifikat imtahanı;

 

  • Digital Marketing Institute şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı;

 

  • AVIXA assosiasiyasının “Certified Technology Specialist” sertifikat imtahanı;

 

  • Institute of Internal Auditors assosiasiyasının “CIA Exam Part Two: Practice of Internal Auditing” adlı sertifikat imtahanı keçirilib.

 

Həftə ərzində keçirilən imtahanlarda, ümumilikdə 6 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

 

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

 

İmtahanın adı

Gün

Saat

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

 

Günorta növbəsi: 14:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.