“Azərkosmos” Koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara davam edir.
AzEdu.az xəbər verir ki, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.
12 may tarixindən başlayan vebinarlar əsasən “Süni İntellekt”, “Big Data”, eləcə də “Robototexnika” sahəsi ilə bağlı maraqlı mövzuları əhatə edir. Vebinarlar barədə “Azərkosmos”un “Facebook” və “Linkedin” səhifələrində əvvəlcədən elan olunur. Bütün vebinarlar Azərbaycan dilində “Zoom” platforması üzərindən keçirilir.
BDU-nun əziz müəllim və tələbələri, sizi bu vebinarlarda fəal iştiraka dəvət edirik.
Join Zoom Meeting
//zoom.us/j/91264246888?pwd=MkExVWNxNmZWWExaN2M0VGs0TUpOZz09
Meeting ID: 912 6424 6888
Password: 607287
Mündəricat: