Azedu.az

Yaponiyada \"Konotori - 9\" kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib

21 May 2020, 17:16
Yaponiyada \

Yaponiyanın "Konotori-9" (Leylək) pilotsuz kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib və 25 mayda Beynəlxalq kosmik stansiyası (BKS) ilə birləşməsi gözlənilir.

 

AzEdu.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi xəbər yayıb.

 

Kosmik gəminin buraxılışı prosesi agentliyin bir çox işçisinin pandemiya səbəbiylə məsafədən işləmə və aralarındakı əlaqənin video konfrans vasitəsilə həyata keçirildiyi vəziyyətdə baş verib. Start meydançası buraxılışdan əvvəl koronavirusla mübarizə aparan tibb işçilərinə dəstək olaraq mavi rənglə işıqlandırılıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox