Azedu.az

Azərbaycan Texniki Universiteti yeni layihəyə start verdi

Ali təhsil

20 May 2020, 16:35
Azərbaycan Texniki Universiteti yeni layihəyə start verdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib.

 

AzEdu.az  xəbər verir ki, layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir. Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.

 
İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox