Azedu.az

Mingəçevir Dövlət Universiteti yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir

Ali təhsil

19 May 2020, 18:00
Mingəçevir Dövlət Universiteti yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir

AzEdu.az xəbər verir ki, müsabiqənin qalibi mükafatlandırılacaq.

 

Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il

 

Hazırlanan loqo eskizləri [email protected] e-mail ünvanına "Loqo Müsabiqə" başlığı ilə göndərilməlidir.

 

Müsabiqə şərtlərini təqdim edirik:

 

Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;

 

Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;

 

Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;

 

Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;

 

Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;

 

Təqdim olunan eskizlər yeni olmalıdır;

 

Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;

 

Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;

 

Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox