AzEdu.az xəbər verir ki, Türkiyə Respublikasının Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov 21 may 2020-ci il saat 12:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsi keçəcəkdir.
Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 20 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.