Azedu.az

Bakı Dövlət Universitetinin professoru tələbələrə onlayn ustad dərsi keçəcək

Ali təhsil

14 May 2020, 14:01
Bakı Dövlət Universitetinin professoru tələbələrə onlayn ustad dərsi keçəcək

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, İslamabad COMSATS Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan fizika-riyaziyyat elmləri doktoru, professor Mais Süleymanov mayın 15-də BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Dünyanın müasir fiziki təsviri” mövzusunda ilk onlayn ustad dərsini keçəcək.

 

AzEdu.az-ın məlumatına görə,  BDU-dan bildirilib ki, bir neçə mühazirə nəzərdə tutulan virtual ustad dərsində iştirak etmək istəyənlər mayın 14-ü saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox