Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə mayın 22-də “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda respublika virtual elmi konfransı keçiriləcək.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda saat 12:00-da başlanacaq. İştirak etmək istəyənlər mayın 19-u saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.