Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 16:13:00
AMEA-nın doktorantura və dissertanturasına qəbul olunanların sayı açıqlanıb

2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasına ayrılan plan yerlərinin sayı açıqlanıb.

 

AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Fail Kazımov AzEdu.az-a bildirib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 131 yer, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 39, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 226, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 127 yer ayrılıb.

 

F.Kazımov doktorantura və dissertanturaya sənəd verənlərin sayını açıqlayıb:

 

“Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 219 nəfər, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 33 nəfər sənəd verib. Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 206 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 119 nəfər sənəd verib. Onlardan fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 96 nəfər, elmlər doktoru hazırlığı üzrə doktoranturaya  31 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 63 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 107 nəfər qəbul olunub”.