Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 11:39:00
“Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq” - RƏY

"Pandemiyanın fəsadlarını bir müddət sonra daha aydın şəkildə görə biləcəyik. Koronavirus pandemiyasının yayılması ilə bağlı elan olunmuş xüsusi karantin rejiminin təbii ki, ümumdünya iqtisadiyyatına böyük təsiri oldu. Bunun fəsadlarını bir müddət sonra daha aydın şəkildə görəcəyik. İş yerlərinin bağlanması, işçi qüvvəsinin ixtisarı artıq baş verməkdədir. Lakin bu vəziyyətin hazırda hansı peşələrə daha böyük təsiri olduğunu demək çətindir".

 

AzEdu.az xəbər verir ki, bunu "Karyera planlama və peşəkar inkişaf üzrə beynəlxalq dərəcəli ekspert, ADA Universitetində Tələbə Xidmətləri və Məzun İşləri üzrə Prorektor müavini Gülnur İsparova deyib.

 

O bildirib ki, kiçik və orta bizneslər, turizm və hotel industriyası, aviaşirkətlər və digərləri böyük maliyyə itkilərinə uğrayıblar: "Postpandemiya dövründə bir çox mövcud olan peşələrin formaları dəyişdiriləcək və yeni tələblər ərsəyə gələcək. Geniş texnologiyaların istifadə oluna biləcəyi sahələrə üstünlük veriləcək. Yeni bilik və bacarıqlar tələb olunacaq. Mövcud vəziyyət Azərbaycanda da rəqabət mühitinin artmasına səbəb olacaq. “Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, postkoronavirus dövründə işsizliyin sayı 24,7 milyona çatacaq. Lakin bu rəqəmin daha da yüksək olması gözlənilir. Hər il minlərlə kollec, peşə məktəbi və ali təhsil ocaqlarından məzun olan insanlar var. Biz onların da rəqabət mühitinə təsir edəcəyini nəzərə almalıyıq. 2008-ci ildə yaşanan iqtisadi böhran zamanı xeyli sayda insan işsiz qalmışdı. Həmin il məzun olan tələbələr iş bazarına inteqrasiya etməkdə çox böyük çətinliklər yaşamışdılar. Son araşdırmalara görə, Universiteti 2008-ci ildə bitirən tələbələr sonrakı illərin məzunları ilə müqayisədə karyera inkişaflarında çətinliklə üzləşilər. Postpandemiya dövründə 2020-ci ilin məzunları üçün bu bazara inteqrasiya etmək olduqca çətin olacaq. Bu halda onların distant proyektlərə, sərbəst formada iş imkanlarına üstünlük verməkləri məsləhət görülür. Lakin unutmamalıyıq ki, “Mileniyum və Z” nəsli bu texnologiyanın sürətli inkişaf dövrünə daha hazırlıqlıdır. Onlar öz aralarında rəqabətdən başqa, təcrübəli işçilərə bilik və bacarıq rəqabəti yaradırlar”.

 

 

Prorektor müavini pandemiya dövründə onlayn tədrisə üstünlük verilməsi məsələsinə də toxunub: “Pandemiyanın yayılması gözlənilməz və sürətli oldu. Bir çox təhsil ocaqları buna hazırlıqlı deyildi. Lakin təmsil etdiyim ADA Universiteti, digər ali təhsil ocaqları və orta məktəblər onlayn tədrisə çevik şəkildə keçid aldılar. Təhsil Nazirliyinin təşəbbüsü ilə teledərslər və onlayn məktəb yaradıldı. Bu məsələ narahatlıqlar törətsə də, biz yenə də müsbət tərəflərinə fokuslanmalıyıq. Distant təhsil sistemi dünyada çoxdan tanınır və artıq bizdə də bunun üçün imkanlar yaradılır. Burada ADA Universitetinin təcrübəsini vurğulamaq istərdim. Bir neçə il öncə Universitetdə tətbiq etdiyimiz “Blackboard” adlı tədrisin idarə olunması platforması xüsusi karantin rejimində tez bir zamanda onlayn tədrisə keçməyə imkan yaratdı. Bu platforma ADA Universiteti və məktəbində tələbə və şagirdlərimizə tədris proqramından geridə qalmamaq imkanı verir. Burada həmçinin, dərsdənkənar dil kursları, təlimlər, potensial işəgötürən təşkilatlar, şirkətlərin idarə üzvləri ilə onlayn görüş və mühazirələr keçirilir".

 

G.İsparova qeyd edib ki, çoxsahəli ixtisaslara tələb artacaq:

 

"Artıq Gig iqtisadiyyat dövründə yaşayırıq və ona uyğun təhsil və iş modelləri qurulmalıdır. Əvvəllər avtomatlaşdırılmanın ziyanlarını düşünürdük. Pandemiyanın yayılmasından sonra isə texnoloji inkişafın və bəzi sahələrdə işlərin avtomatlaşdırılmasının çoxlu müsbət tərəfləri müşahidə olundu (onlayn ödəniş əməliyyatları, onlayn ticarət və çatdırılmalar, distant təhsil, operativ video görüşlər və s.). Hər bir sahədə və peşədə texnologiya bacarıqları mühümdür. Son zamanlar çoxsahəli ixtisaslar populyar olub və getdikcə də onlara tələb artacaq. Məsələn, riyaziyyat və kompüter elmləri, biznes və data analitikası, səhiyyə və informasiya texnologiyaları, biznesin idarə olunması və informasiya texnologiyaları ixtisaslarının gələcəkdə böyük önəmi olacaq. Çoxsaylı ixtisaslar daha geniş sayda potensial iş imkanlarına yol açırlar. Postpandemiya dövründə əmək standartları dəyişdiriləcək. Müşahidə etdiyimiz kimi, onlayn və distant iş rejimi artıq qaçılmaz bir seçimdir. Ofisdənkənar çevik və distant iş rejimində effektli işləmək bacarıqları olmalıdır. İnsanlar buna uyğun şəkildə bilik və bacarıqlarını təkmilləşdirməli, yeni bacarıqlar inkişaf etdirməli və ya peşələrini dəyişməyə hazır olmalıdırlar. Bunun üçün təbii ki, insanların mənəvi və psixoloji hazırlıglı olmagları zəruridir. ” (report.az)