https://www.zirve.edu.az/
07.05.2020 10:30
Koronavirus testini robotlar aparacaq
Çap et

Robotlar gündə 3 min koronavirus testi edəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə elm adamları məlumat yayıblar. Bildirilib ki, artıq robot tərəfindən laboratoriyada min ədəd koronavirus testi edilib. Qeyd olunub ki, bu müddət 24 saat olarsa, robot 3 min test edə bilər. 

 

Robotlar həm də xəstələrə dərman vermək və insanlar arasındakı məsafəni qorumaq məqsədilə də istifadə olunacaq. Bəzi robotlar isə xəstələrdən həkimlərə mesaj göndərilməsini təmin edəcək sensor ekrana sahibdir. 

 

Digər növ robotlar küçəyə çıxma qadağasına əməl etməyənlərin kimliyini müəyyənləşdirəcək. Bəzi robotlar insanlara yaxınlaşaraq dezinfeksiyaedici məhlul səpir, bəziləri isə onların hərarətini ölçür.