Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 18:00:00
Çin yeni nəsil fəza gəmisini orbitə göndərdi

Çinin fəza proqramı çərçivəsində bu gün yeni “Long March 5B” (LM5B; “Yeni yürüş 5B”) ağır raket vasitəsilə yeni nəsil fəza gəmisi orbitə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, Cənubi Çin dənizindəki Haynan adasında yerləşən Vençanq Fəza Mərkəzindən ölkənin ən güclü daşıyıcı raketi olan 54 metr hündürlükdə, 5 metr diametri olan LM5B raketi vasitəsilə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 14:00) göndərilən fəza gəmisi Çinin gələcək fəza stansiyası üçün hazırlanmış yeni model idarə olunan fəza gəmilərinin sınaq variantıdır. Maye oksigen, maye hidrogen və ağ neft kimi ekoloji baxımdan təmiz yanacaqlarla işləyən raket 849 tondur.

 

İçərisində yükdaşıma kapsulunun sınaq versiyası da olduğu 9 metr uzunluğu olan fəza gəmisi yeddi nəfər uçuş heyəti üçün nəzərdə tutulub və fəzada iki gün qalaraq bir sıra manevrlər həyata keçirəcək.

 

Çin Fəza İdarəetmə Agentliyinin (CMSA) verdiyi məlumata görə təqribən 488 saniyədən sonra fəza gəmisi daşıyıcı raketdən ayrılaraq nəzərdə tutulan alçaq orbitə yerləşib.