Azedu.az

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Ali təhsil

29 Aprel 2020, 12:03
Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin biotibbi texnologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri “COVID-19 bizə nə qazandırdı? - Pandemiyanın texnologiyaların inkişafındakı rolu” mövzusunda onlayn təlimdə iştirak ediblər. Təlimi Xüsusi Müalicə Sağlamlıq Kompleksinin qulaq, burun, boğaz və baş-boyun cərrahı Aydın Talışinski keçib.

 

 AzEdu.az  xəbər verir ki, üç saat davam edən onlayn təlimdə biotibbi texnologiyaların inkişafı ilə bağlı kadr hazırlığının hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib. Koronavirus pandemiyası dövründə biotibbi texnologiyalardan istifadənin vacibliyi qeyd olunub.

 

Sonda tələbələrin sualları cavablandırılıb.

 

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox