Azedu.az

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Ali təhsil

25 Aprel 2020, 13:52
Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “British Council” şirkətinin “Creative Spark” proqramı çərçivəsində tələbələr üçün sonuncu onlayn dərslər keçirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, Böyük Britaniyadan olan müəllimlər və mütəxəssislər onlayn dərslərə qoşulublar. Dərslərdə çox fəal iştirak edən tələbələr maraqlı layihələr hazırlayıb və təqdimat keçiriblər. Memarlıq və inşaat fakültəsinin tələbələri hazırlığı və fəallığına görə xüsusilə seçilib.

Dərsləri Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva aparıb.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox