Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-22 17:00:00
Ağdamda dərslər çadırda keçirilib - FOTO

Sosial şəbəkələrdə Ağdam rayonundan acınacaqlı mənzərə əks etdirilmiş fotolar paylaşılıb. 

AzEdu.az xəbər verir ki, rayonun Alıbəyli-2 qəsəbəsində karantin dövrünə qədər şagirdlərə tədris prosesi bu çadırda aparılıb. Kənd sakinləri mövcud vəziyyətdən narahatlıqlarını bildiriblər.

Məsələ ilə bağlı sorğumuza Təhsil Nazirliyindən verilən cavabda hazırda məktəbin fotoda göründüyü halda olduğu təsdiq olunub.

 

Bildirilib ki, Ağdam rayon Alıbəyli-2 qəsəbə tam orta məktəbinin təmir-tikinti işləri ilə bağlı məsələ investisiya proqramında nəzərdə tutulacaq. (oxu.az)