Azedu.az

\"Gələcək naminə birlikdə!\" onlayn yaradıcılıq müsabiqəsinə start verilib  

10 Aprel 2020, 12:28
\

Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcək naminə birlikdə!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start verilib.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqə Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

İki mərhələdən ibarət olan müsabiqə iki yaş qrupu üzrə (7-12 və 13-17 yaş qrupları) təşkil olunur. Müsabiqəyə hər yaş qrupu üzrə yalnız bir videoçarx ilə qatılmaq olar. Müddəti 1-3 dəqiqədən artıq olmayan videoçarxlarda ailə üzvlərinin də iştirakına icazə verilir. Müəllifin adı və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı göstərilməklə, videoçarxlar aprelin 13-dən 26-dək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərilə bilər.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaq.

Müsabiqənin məqsədi yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi dövründə uşaqların asudə vaxtlarının səmərəli təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox