https://www.zirve.edu.az/
08.04.2020 16:42
Buraxılış və qəbul imtahanları onlayn formada  keçirilə bilər? – “Real görünmür”
Çap et

 

 

“Onlayn buraxılış və qəbul imtahanlarının keçirilməsi hazırkı halda mümkün görünmür”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında  Dövlət İmtahan Mərkəzində Tarix  fənni üzrə seminar müdiri Kərəm Məmmədov  deyib. 

 

O, elektron imtahanların keçirilmə ehtimalına münasibət bildirib:

 

“Hazırkı dövrdə elə suallar var ki, onların cavabını dəqiq vermək mümkün deyil.  Abituriyentlərin qəbul və ya buraxılış imtahanlarını onlayn şəkildə verməyi mümkün görünmür.  İstənilən halda onları bir otağa toplasalar, aralarında xeyli məsafə olmaldır. Bizdə o qədər material, resurs varmı? Yaxud o qədər bina varmı ki, abituriyentlərin hamısını yerləşdirib onlardan onlayn imtahan götürə bilək.  Evdə oturduqları yerdə də bunu təşkil etmək olmaz. Hazırda imtahanlara xeyli sayda nəzrarətçi cəlb olunur. 

 

Hər halda məcburiyyətdən mexanizmi işləyib tapmaq olar.  Ancaq indiki halda mümkün deyil”.

 

“Bilik hər zaman abituriyentin özündədir. İmtahanın ənənəvi, yaxud onlayn keçirilməsi sonrakı mərhələdir”-deyərək K.Məmmədov sözlərinə əlavə edib.