https://www.zirve.edu.az/
08.04.2020 16:00
““Virtual məktəb”lə bağlı yaranan texniki problem Təhsil Nazirliyinin günahı deyil” - İctimai Şuranın katibi
Çap et

 

 

“Mədəniyyət telekanalında hər gün müxtəlif mövzuların izahı həyata keçirilir. Bu dərslərə ən peşəkar müəllimlər cəlb olunub. Ənənəvi dərsi əvəz edə bilməsə də, hazırki vəziyyət üçün teledərslər vacib addımdır”.

 

Bunu AzEdu.az-a açıqlamasında İçtimai Şuranın katibi İlqar Orucov bildirib. Onun sözlərinə görə  Təhsil Nazirliyi qısa zamanda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bu formada da davam etdirilir:

 

 

“Koronavirus(Covid 19) pandemiyası səbəbiylə ölkəmizdə karantin rejimi elan olunandan sonra təhsil müəssisələrinin fəaliyyətinə fasilə verildi. Bundan sonra Təhsil Nazirliyi təhsil alanların mənafeyi üçün bir neçə operativ addım atdı. İlk olaraq ölkədə teledərslərə başlanıldı. Mədəniyyət telekanalında hər gün müxtəlif mövzuların izahı həyata keçirilir. Bu dərslərə ən peşəkar müəllimlər cəlb olunub. Teledərslər başlananda İctimai Şura olaraq öz fikrimizi bildirmişdik. Ənənəvi dərsi əvəz edə bilməsə də, hazırki vəziyyət üçün teledərslər vacib addımdır. Dərslərin cədvəli 1-2 gün öncədən elan olunur. Şagirdlər proqramdan geri qalmırlar. Mədəniyyət telekanalı ən ucqar kəndlərdə də yayımlanır. Bu, müsbət haldır və şagirdlər dərslərdən geri qalmırlar. Təhsil Nazirliyi qısa zamanda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bu formada da davam etdirilir.

 

Teledərslərin yayımlanmasında əsas məqsəd təhsilalanların dərslərdən(proqramdan) geri qalmamasıdır”.

 

 

“Kütləvi qeydiyyatdan keçmə olduğu üçün sistem yüklənir. İstənilən güclü sistemdə bu hal yaşanır”

 

 

İlqar Orucov həmçinin “Virtual məktəb” layihəsində yaranan texniki problemə də aydınlıq gətirib:

 

 

“Təhsil Nazirliyinin uğurlu layihələrində biri də “Virtual məktəb”dir. Bu layihə çərçivəsində “Miscosoft” şirkəti ilə birgə əməkdaşlıq edilir. “Virtual məktəb” bir qədər teledərslərdən fərqlənir. Buna qoşulmaq üçün internetə çıxış olmalıdır.Təhsil cameəsi  2 milyonluq kontingenti əhatə edir. Təhsil Nazirliyi əlindən gələn bütün köməkliyi edir. Lakin evdə internetə çıxış və kompüter yoxdursa, bu, nazirliyin günahı deyil. İnternetə çıxışı digər qurum təmin edir və həmin orqan müəyyən güzəştlər etməlidir.

 

Böyük Britaniyada  BBC telekanalında 20 aprel tarixindən tele-dərslər başlanacaq. Düşünün ki, Azərbaycan onlardan 1 ay yarım öncədən  bu işə başlayıb.Ukraynada yaxın günlərdə tele-dərslər başlanacaq. Ölkəmiz öz çevik addımlar ilə digər dövlətlərə nümunə oldu”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları